Əfqanıstan hökuməti ötən günlərdə qar uçqununa məruz qalan insanlara yardım etməyə çalışır.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, 200-dən çox insanın həlak olduğu xəbəri verilir. Onların təxminən 165-nin paytaxt Kabilin şimal-şərqində yerləşən Pəncşir vilayətində həlak olduğu deyilir.
Hava şəraitinin pis olması ölüm hallarının artacağı ehtimalını yaradır.
Yerli rəsmilər son 30 ildə bu qədər qarın yağmadığını bildirib.
Qar çovğunu əfqanların quraqlığa səbəb olacağından ehtiyat etdikləri quru qış fəslinin sonunda baş verib.