Qar çovğunu 5 min aviareysin ləğvinə səbəb oldu
27 yanvar 2015 02:57 (UTC +04:00)

Qar çovğunu 5 min aviareysin ləğvinə səbəb oldu

0

ABŞ aviaşirkətləri qar çovğunun yaxınlaşması ilə əlaqədar 5 mindən çox aviareysi ləğv ediblər.

 

APA-nın Reuters-ə istinadən məlumatına görə, çovğun yanvarın 28-də ölkənin şimal-şərq hissəsini əhatə edəcək.

 

Bundan əvvəl güclü qar iri yol-nəqliyyat hadisəsinə səbəb olub. Miçiqan ştatında 193 avtomobil toqquşub, o cümlədən 76 yük maşını. Qəza nəticəsində sürücülərdən biri ölüb.

 

Xatırladaq ki, 2014-cü ilin noyabrında Nyu-York ştatında yağan şiddətli qar 12 nəfərin dünyasını dəyişməsinə səbəb olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar