Qanı dərialtı çip analiz edəcək
04 iyun 2015 20:56 (UTC +04:00)

Qanı dərialtı çip analiz edəcək

İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin alimləri dəri altına yerləşdirilən diaqnostik çip hazırlayıblar.

 

Lent.az İKT.az saytına istinadla xəbər verir ki, real vaxt rejimində qanı analiz etmək və qanın tərkibindəki müxtəlif maddələr barədə məlumatı dərhal əldə etmək üçün dəri altına qalınlığı bir kvadratsantimetr olan mikroçipi implantasiya etmək kifayətdir.

 

Qurğu qanda xolesterin və qlükozanın səviyyəsini, eləcə də bəzi dərman preparatlarının tərkibini ölçə bilir. Mikroçipin daxilində idarəetmə bloku, altı sensordan ibarət dəst, smartfonla əlaqə üçün “Bluetooth”-adapter və induksion kontur yerləşir.

 

Belə konstruksiya kənar akkumulyatorun yerləşdirilməsinə ehtiyacın olması ilə əlaqədardır ki, batareyanın dəyişdirilməsi üçün hər dəfə dərini kəsməyə ehtiyac qalmasın. Batareya dəriyə adi plastırla yapışdırılır.

 

Tədqiqatçılar artıq mikroçipi laboratoriya siçanları üzərində sınaqdan keçiriblər, insan üzərində sınaqlara isə yaxın beş ildə başlanılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar