Qahirədə toqquşmalar: 2 ölü, 8 yaralı
27 yanvar 2015 05:41 (UTC +04:00)

Qahirədə toqquşmalar: 2 ölü, 8 yaralı

0

Misirin paytaxtı Qahirənin Matariya məhəlləsində polislə “Müsəlman qardaşlar” hərəkatının tərəfdarları arasında toqquşmalar olub.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyəti qadağan edilən hərəkatın üzvləri təhlükəsizlik qüvvələrinə qarşı odlu silahdan atəş açıblar və “Molotov kokteyllər”i atıblar.

 

Təsdiq olunmamış məlumatlara görə, iğtişaşlar zamanı 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Qeyd edək ki, Qahirədə 2011-ci il “25 yanvar inqilabı”nın 4-cü ildönümü ilə bağlı kütləvi etiraz aksiyaları ötən bazar günündən bəri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar