İŞİD-in bəzi üzvləri İraqdan qaçarkən tutulublar. Lent.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, maraqlı məqamlardan biri odur ki, terror təşkilatının tutulan üzvləri qadın paltarı geyinərək İraqı tərk etməyə cəhd ediblər.
“İnstagram” sosial şəbəkəsində yayılan fotoşəkillərdən aydın görünür ki, döyüşlərdə çətin vəziyyətdə qalan təşkilat üzvləri qadın kimi makiyaj ediblər.
Bəziləri isə bığını belə kəsmədən, çarşaba bürünərək qaçmaq istəyiblər.