Peruda qadın 86 yaşlı əri qaçmasın deyə, onu 2 il evdə bağlı saxlayıb.
Lent.az-ın Vesti.ru-a istinadən məlumatına görə, Pablo Tamarizom Korakillo haqqında məlumatı polisə onun qonşusu verib. Qonşuların sözlərinə görə, qocanın evdə bağlı saxladığını arvadı heç kimdən gizlətmirmiş. Sadəcə onların ağıllarına belə gəlmirmiş ki, qadın onun əlini-ayağını bağlamış olar. Qadın isə bunu elə ərinin xeyri üçün etdiyini deyib. Polis Pablonu tapdıqda o, dəhşətli dərəcədə arıqlayıbmış.