Türkiyədə bir neçə gün əvvəl polis tərəfindən saxlanılan Cizrə rayon bələdiyyə sədri Leyla İmrət məhkəməyə çıxarılıb. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəyi əsasında vəzifədən azad edilən və dərhal polis bölməsinə aparılan qadın məmur istintaq müddətində məhkəmə nəzarətində olacaq.
Qeyd edək ki, prokurorluq L.İmrətin həbs edilməsini tələb edib. O, qeyri-qanuni fəaliyyətdə təsdiqləndirilir.