Qadın baş nazirdən Ermənistana "soyqırımı" zərbəsi
16 mart 2015 11:29 (UTC +04:00)

Qadın baş nazirdən Ermənistana "soyqırımı" zərbəsi

 

 

Norveçin baş naziri Erna Solberg qondarma “erməni soyqırımı”nın 100-cü ili ilə bağlı Ermənistanda təşkil olunacaq tədbirlərə qatılmaqdan imtina edib.

 

Lent.az-ın “Habertürk”ə istinadən xəbərinə görə, baş nazir ölkəsini bu tədbirlərdə ancaq Ermənistandakı səfirin təmsil edəcəyini bildirib.

 

Norveçin Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə bildirilib ki, bu soyqırım iddiası beynəlxalq aləmdə də təsdiqini tapmayıb və sadəcə iddia olaraq qalır: “Bunu araşdırmağı tarixçilərin öhdəsinə buraxmaq lazımdır”.

 

Ermənistan tərəfi isə iddia edir ki, Norveç baş nazirinin bu addımı atmasına səbəb ölkəsinin Türkiyə ilə münasibətlərini korlamaq istəməməyidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 96
avatar

Oxşar yazılar