Koalisiya qüvvələrinin Yəmənin şimalında yerləşən qaçqınlar düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində 40 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yəmənin Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Xarad rayonunda yerləşən qaçqınlar düşərgəsinə, ümumilikdə, dörd zərbə endirilib. İnsident nəticəsində azı 250 nəfər yaralanıb.
Hücumun hədəfinin yaxınlıqdakı hərbi obyektin olduğu ehtimal edilir.
Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə başlayıb.