PYD lideri Cenevrə danışıqlarına dəvət almayıb
27 yanvar 2016 02:50 (UTC +04:00)

PYD lideri Cenevrə danışıqlarına dəvət almayıb

PPK terror təşkilatının Suriya qolu olan PYD qruplaşmasının lideri Saleh Müslim Suriya üzrə Cenevrədə keçiriləcək beynəlxalq danışıqlara dəvət olunmadığını bildirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Saleh Müslim danışıqlara qruplaşmanın digər üzvlərinin dəvət alıb-almamasından xəbərsiz olduğunu bildirib.

 

Xəbər verildiyi kimi, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib ki, PYD Suriya üzrə danışıqlara dəvət olunarsa, Türkiyə görüşü boykot edəcək.  

 

“PYD danışıqlar masası arxasında hansı qismdə iştirak edəcək? Terror təşkilatı xalqı təmsil edə bilərmi? Bu danışıqlar müxalifət və rejim arasında keçirilir. Orada terror təşkilatları iştirak edə bilməz.  Bu vaxtadək PYD-nin danışıqlara dəvət olunmayacağı bildirilirdi. Əgər PYD-ni Cenevrə danışıqlarına dəvət ediblərsə, biz, əlbəttə ki, görüşü boykot edəcəyik”, deyə  Çavuşoğlu bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar