Rusiya prezidenti Vladimir Putin bu ilin sentyabrında Moskvada və Sankt-Peterburqda ABŞ prezidenti Barak Obama ilə görüşməyə hazır olduğunu bildirib.
Lent.az-ın «intefaks»-a istinadən məlumatına görə, o, amerikalılar Müstəqillik günü münasibəti ilə Obamaya təbrik teleqrammı göndərib.
Təbrik teleqramında Putin iki dövlət arasında münasibətlərə toxunaraq, bütün sahələr üzrə mövqeylərin üst-üstə düşmədiyini etiraf edib.O, bir sıra prinsipial məsələlərdə «düyünlərin» danışıqlarla açılacağına əminliyini vurğulayıb.
Teleqramda o, amerikalı həmkarı ilə görüşə hazır olduğunu bildirib.