Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.
Danışıq aprelin 17-də böhranın aradan qaldırılması ilə bağlı Genevrədə keçiriləcək 4 tərəfli (ABŞ, Avropa Birliyi, Ukrayna və Rusiya) görüşə həsr olunub.
Almaniya kanslerinin təmsilçisi bildirib ki, Ukraynadakı hadisələrə çeşidli yanaşma var.
Mənbə telefon danışığı zamanı tərəflərin ortaq məxrəcə gələ bilmədiklərinin də vurğulayıb.