Putinlə Kemeron görüşəcək
03 iyun 2014 01:17 (UTC +04:00)

Putinlə Kemeron görüşəcək

Rusiya prezidenti Vladimir Putinlə Britaniyanın baş naziri Devid Kemeron arasında ikitərəfli görüşün keçirilməsi razılaşdırılıb.

 

Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, Fransada keçiriləcək bu görüşlə bağlı açıqlamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov verib.

 

Onun sözlərinə əsasən, görüş iyunun 6-da Normandiyaya müttəfiq qoşunlarının yeridilməsinin 70 illiyinə  həsr edilən tədbir çərçivəsində gerçəkləşdiriləcək.

 

Normandiyaya Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenko da səfər edəcək.

 

D.Peskov onu da bildirib ki, V.Putinlə P.Poroşenkonun görüşü barədə onda məlumat yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar