Putinlə Elton Conun telefon danışığının oyun olduğu üzə çıxdı
17 sentyabr 2015 05:17 (UTC +04:00)

Putinlə Elton Conun telefon danışığının oyun olduğu üzə çıxdı

0

Rusiya prezidenti Vladimir Putinlə homoseksual müğənni Elton Conun telefon danışığının saxta olduğu üzə çıxıb.   Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əslində bu, Vladimir Krasnov və Aleksey Stolyarovun britaniyalı məşhura qarşı hazırladıqları oyun olub.

 

Belə ki, Vovan və Leksus ləqəbli təqlidçilər bunu etdiklərini boyunlarına alıblar: “Bəli, bu biz idik. Aleksey ingilis dilində mükəmməl danışır. O, özünü bizim danışığımızı tərcümə edən mətbuat katibi Dmitri Peskov, mən isə Vladimir Putin kimi təqdim elədim”.

 

Vovan və Leksus danışığın tam versiyasını proqramların birində efirə təqdim edəcəklərini bildiriblər.

 

Qeyd edək ki, ötən gün dünya mediasında prezident Vladimir Putinin Elton Cona zəng vurduğu və geylərlə bağlı məsələləri müzakirə etmək üçün onunla görüşmək istədiyini dediyi yazılmışdı. Bu xəbər isə, böyük səs-küy yaratmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar