Putinin mətbuat katibi toyunda belə öpüşdü
02 avqust 2015 08:34 (UTC +04:00)

Putinin mətbuat katibi toyunda belə öpüşdü

0

İnternetdə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Turin Olimpiadasının buz üstə rəqs idman növü üzrə çempionu Tatyana Navka ilə toy mərasimindən ilk kadrlar dərc edilib.

 

Lent.az-ın “RİA Novosti”yə  istinadən verdiyi xəbərə görə, 9 saniyəlik videoçarxda Peskovun Navka ilə öpüşməsi əks olunub.

 

Qeyd edək ki, cütlüyün toyu bu gün Soçidəki “Rodina Grand Hotel & SPA”da keçirilib.  Toy mərasimində onlarla siyasətçi, məmur, idmançı və mədəniyyət xadimləri iştirak edib. Məlumata görə, 47 yaşlı Dmitri Peskov 3-cü, 40 yaşlı Tatyana Navka isə 2-ci dəfə ailə qurur. Peskovun əvvəlki nikahlardan üç, Navkanın bir övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar