Putinin gəliri azalıb
11 aprel 2014 22:10 (UTC +04:00)

Putinin gəliri azalıb

Rusiya prezidenti Vladimir Putinin gəliri 2012-ci illə müqayisədə 2 milyon rubl (56,2 min dollar) azalıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bunu Putinin iki il öncə keçirdiyi məzuniyyət haqqına ödənilmiş kompensasiya ilə əlaqələndirib.

 

“2012-ci ildə prezident istifadə etmədiyi məzuniyyətin kompensasiyasını almışdı”-deyə, Peskov bildirib.

 

Beləliklə, 2012-ci ildə Rusiya prezidentinin gəliri 5,79 milyon rubl olduğu halda, ötən il bu rəqəm 3,672 milyon rubl təşkil edib.

 

Onun keçmiş xanımı Lyudmila Putinanın gəliri qətnamədə göstərilməyib.

 

Rusiya hökumətinin ən çox gəliri olan üzvü  isə dövlət naziri Mixail Abızovdur. 2013-cü ildə onun gəliri 282,9 milyon rubl olub. Bu isə 2012-ci ildəki gəlirdən 4 dəfə çoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943
avatar

Oxşar yazılar