Rusiya prezidenti 29 martadək Krımda və Sevastopolda Rusiya Federasiyasının idarəetmə hakimiyyətlərinin yaradılmasına göstəriş verib
Rusiya Federasiyasının prezidenti Vladimir Putin 29 martadək Krımda və Sevastopolda Rusiya Federasiyasının idarəetmə hakimiyyətlərinin yaradılmasına göstəriş verib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, Putun bu tapşırığının yerinə yetirilməsi ilə bağlı bütün nazirliklərə tapşırıq verib.
Qeyd edək ki, Putin 18 martda Krımın Rusiya Federasiyasının tərkibinə daxil olması ilə bağlı qanun imzalayıb. Bu tarixdən bəri Krım Rusiyanın tərkib hissəsi hesab edilir və Rusiya Federasiyasının idarəetmə orqanlarının bu ərazidə yaradılması gözlənilən idi.
Krım vətəndaşlarına yaxın 3 ay ərzində Rusiya pasportlarının verilməsi də nəzərdə tutulub.