Putindən etiraf: “Ukraynanı alıcı kimi itirmək istəmirik”
12 iyun 2014 03:56 (UTC +04:00)

Putindən etiraf: “Ukraynanı alıcı kimi itirmək istəmirik”

0

“Rusiya müştəri itirməkdə qorxur». Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putin  ölkəsinin təbii qazının alıcısı kimi Ukraynanı itirməkdə ehtiyatlandıqlarını etiraf edib.

 

Mənbə bildirib ki, Rusiya lideri hökumət üzvləri ilə keçirdiyi müşavirədə bu haqda açıqlama verib.

 

“Ukrayna iqtisadiyyatını dəstəkləmək, daha doğrusu müştərini itirməmək məqsədi ilə biz tərəfdarlarımıza açıq, son dərəcə şəffaf fəaliyyət təklif edirik. Avropanın bir sıra dövlətləri  tutduğumuz haqlı mövqeyi anlayışla qarşılayır. Bu danışıqların nə ilə nəticələnəcəyini gözləyək. Cari il iyunun 16-dək təbii qazın pulunun əvvəlcədən ödənilməsini tələb etməyəcəyik”-deyə, Putin söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 837

Oxşar yazılar