Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendre Modiyə yoqa ilə məşğul olmaq üçün öz idman hazırlığı səviyyəsini qiymətləndirəcəyinə dair söz verib.
Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, V.Putin bildirib ki, “yoqa ilə peşəkar şəkildə məşğul olanlara baxanda belə mükəmməlliyə çatmağın qeyri-mümkünlüyü barədə düşünürsən və bu, səni dayandırır”.
O, Rusiyada Hindistan mədəniyyətinə marağın böyük olduğunu diqqətə çatdırıb.