Ukrayna və Rusiya prezidentləri Petro Poroşenko və Vladimir Putin arasındakı telefon danışığında Donbass regionunda daimi atəşkəsə nail olunması barədə müzakirə aparılıb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Açıqlamada bildirilib ki, müzakirə nəticəsində tərəflər Donbassda daimi atəşkəs barədə razılığa gəliblər. Sülhün bərqərar olmasına kömək edəcək addımlarla bağlı qarşılıqlı anlayış əldə edilib.
Xatırladaq ki, bu gün Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub.