Putin və Poroşenko görüşə bilər
25 avqust 2015 22:30 (UTC +04:00)

Putin və Poroşenko görüşə bilər

0

“Kiyevdə Rusiya və Ukrayna prezidentləri arasında sentyabrda görüşün baş tuta biləcəyini istisna etmirlər”. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti administrasiyası rəhbərinin müavini Konstantin Yeliseyev bildirib.   

 

“Böyük ehtimalla, görüş normand formatında, yaxud “normand dördlüyü” əsasında baş tutacaq”, deyə  Yeliseyev bildirib.   

 

“Putin və Poroşenko arasında təkbətək görüşün keçirilməsi planlaşdırılıbmı?” sualına  prezident  administrasiyası rəhbərinin müavini cavabında “Hər şey ola bilər, əgər vəziyyət bunu tələb edəcəksə” bildirib.   

 

Bununla belə Yeliseyev görüşün tarixini açıqlamaqda çətinlik çəkib: “Görüşün nə vaxt keçirilməsinə dair heç nə deyə bilmərəm”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar