ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının sammiti çərçivəsində təmas qurublar.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin forumun kuluarlarında söhbət etdiklərini söyləyib. Lakin Ağ Evdən bildirilib ki, hələlik dövlət başçılarının hansısa məsələni müzakirə etmək imkanı olmayıb.
Qeyd edək ki, Çinin paytaxtı Pekində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının zirvə toplantısı keçirilir.