Rusiya prezidenti Vladimir Putin ölkəsində yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib. Lent.az-ın xəbərinə görə, bu barədə “RİA-Novosti” Kremlin mətbuat xidmətinə istinadən məlumat verib.
Rusiya dövlət başçısı Qurban bayramının insanların yaxınlaşmasına, cəmiyyətdə xeyirxahlıq ideallarının bərqərar olmasına xidmət etdiyini bildirib.
V. Putin təbrikində Rusiyadakı müsəlman icmasının Rusiyanın ictimai həyatında fəal iştirak etdiyini, dinlər və millətlərarası həmrəyliyin, ailə dəyərlərinin möhkəmlənməsinə töhfə verdiklərini də xüsusi qeyd edib.