Rusiya prezidenti Vladimiz Putinin sərəncamı ilə son illərdə adı qalmaqallarda hallanan general Vladislav Vladimiroviç Tsaturov Cəzaların İcrası Federal Xidmətinin direktor müavini vəzifəsindən azad edilib. Lent.az-ın məlumatına görə, sərəncam Rusiya prezidentinin rəsmi saytı olan kremlin.ru-da yayımlanıb.
Qeyd edək ki, erməni əsilli (əvvəlki soyadı - Tsaturyan) Vladislav Tsaturovun adı Rusiyanın kriminal aləmi ilə yaxın əlaqələrdə və böyük rüşvət qalmaqallarında hallanır. Rusiya KİV-də onun 1.6 milyard dollarlıq sərvətlə Forbes jurnalına düşmüş moskvalı iş adamı, "Taşir" şirkətinin, Moskvadakı "Yerevan Plaza", “Prins Plaza”, RİO kimi iri ticarət mərkəzlərinin sahibi Samvel Karapetyanla dostluğundan gen-bol bəhs edilir.
Hüquq-mühafizə orqanları Tsaturovla bərabər “Prins Plaza”da Eduard Asatryan (Edik Osetrina), Vitali Avdiyan (Vitya Tbilisskiy), Artyom Arakelyaн (Artyom Lipetskiy), Gеоrgi Akoev (Giya Sverdlovskiy) kimi məşhur “qanuni oğru”ların da konyak içib bilyard oynadıqlarını dəfələrə qeydə alıb. Tsaturovun himayə etdiyi cəzaçəkmə müəssisələri arasında “Ded Xasan” ləqəbli erməni avtoritet Aslan Usoyanın da cəza çəkdiyi və böyük nüfuza sahib olduğu Yelitsk qapalı həbsxanası da var.