Putin qadınlar haqda...
06 iyun 2014 00:52 (UTC +04:00)

Putin qadınlar haqda...

Rusiya prezidenti Vladimir Putin keçmiş ABŞ Dövlət Katibi və ola bilsin ki, 2016-cı ildə prezidentliyə namizəd Hillary Klintonu “zəif qadın” adlandırıb. 


İyunun 4-də Fransa televiziyasına müsahibə verən Putin Klintonun onun haqqında mart ayında dediklərinə cavab olaraq belə deyib.
 
Klinton Putinin Krımı anneksiyasını vaxtilə Adolf Hitlerin alman azlığını  qorumaq adı ilə  Polşaya, Çexoslovakiyaya müdaxiləsi ilə müqayisə edib.

Klinton bunu martın 4-də Kaliforniyada bir tədbirdə deyib.
 
Putin indi Fransa televiziyasına deyir: «Qadınlarla mübahisə etməmək yaxşıdır».
 
«Ancaq xanım Klinton bəyanatlarında heç vaxt bu qədər kəskin olmayıb». O, əlavə edib ki, görüşlər zamanı həmişə «səmimi söhbət» aparıblar.
 
Putin hesab edir ki, Klintonun belə deməyi güclü  olmasından deyil, zəifliyindən irəli gəlir: “Ancaq ola bilsin,  zəiflik qadın üçün ən pis keyfiyyət deyil”.
 
Putin birinci dəfə deyil ki, qadınlara toxunan belə ifadələr işlədir.
 
ÖZ XANIMI HAQDA
 
1990-cıə illərin ortalarında Putin öz həyat yoldaşı Lyudmila haqda deyib: “Lyudmila ilə ikicə həftə yaşaya bilənə heykəl qoyulmalıdır”.
 
2013-cü ilin iyununda Vladimir Putin öz xanımı ilə boşandığını elan etdi, bu ilin aprelində isə Rusiya vətəndaşlarının suallarına cavab verəndə ondan soruşdular ki, ikinci dəfə evlənmək fikri varmı?

Putin cavab verdi ki, “Əvvəlcə mən gərək keçmiş xanımım Lyudmilanı ərə verim. Sonra özüm haqda fikirləşim”.
 
ŞOK AÇIQLAMA
 
2006-cı ildə İsrailin keçmiş prezidenti Moshe Katsav zorlamada və qadınlara seksual təcavüzdə ittiham olunanda Putin deyib: “Katsav necə güclü kişidir ki, 10 qadını zorlasın. Biz hamımız ona həsəd aparırıq”.
 
KABAEVA HAQDA
 
2008-ci ildə Putindən soruşublar ki, keçmiş gimnast Alina Kabaeva ilə hansı münasibətləri var?  

Putin deyib: “Məncə, heç kimin xətrinə dəyməz, əgər desəm ki, mən rus qadınlarını ən istedadlı və ən gözəl hesab edirəm”.

Ancaq Putin Kabaeva ilə hər hansı romantik münasibətləri olmasını qəti şəkildə inkar edib.

 

“AzadlıqRadiosu”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563

Oxşar yazılar

PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45