Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub.
APA - nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Vladimir Putinlə Pyotr Poroşenko Ukraynadakı vəziyyəti və münaqişənin həlli yollarını müzakirə ediblər.
“Liderlərin regiondakı böhranlı vəziyyətdən mümkün çıxış yolları barədə fikirləri demək olar ki, üst-üstə düşür”, - deyə D. Peskov qeyd edib.