“Suriyadakı döyüşçülər Rusiya üçün olduqca təhlükəlidir. Onların arasında Rusiya və MDB ölkələrindən olanlar da var”.
APA-nın məlumatına görə, bunu Rusiya Federal Şurasına müraciətində Rusiya prezidenti Vladimir Putin deyib.
“Onlar pul, silah alırlar, güc toplayırlar və əgər güclənsələr, orada qalib gəlsələr, insanları öldürmək, əzab vermək, qorxu və nifrət yaymaq üçün mütləq ölkəmizdə peyda olacaqlar. Biz həmin şəxsləri uzaqlarda qarşılayıb məhv etməliyik. Məhz buna görə də Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada əməliyyata başlaması üçün qərar verilib”, - deyə o vurğulayıb.
Putin qeyd edib ki, rusiyalı əsgərlər Suriyada ilk növbədə Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün döyüşürlər.