Putin Obama və Ollandla Ukraynanı müzakirə edib
02 mart 2014 02:36 (UTC +04:00)

Putin Obama və Ollandla Ukraynanı müzakirə edib

0

Kremlin mətbuat xidməti bildirib ki, ABŞ prezidenti Barak Obama, Rusiya dövlətinin başçısı Vladimir Putin və Fransanın lideri Fransua Olland arasında ikitərəfli telefon danışığı olub.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hər iki danışıq zamanı tərəflər Ukraynadakı vəziyyəti müzakirə edib.

 

Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi planı ilə  bağlı Obamanın sualına cavab olaraq, Putin «Kiyevdəki indiki hakimiyyətin ultramilliyətçi elementlərin cinayətkar fəaliyyətinə » diqqəti çəkib.

 

Rusiya prezidenti ölkə vətəndaşları və çoxsaylı «həmvətənlərinin həyatının təhlükə ilə üzləşdiyini» söyləyib. 

Obama Rusiyanı «beynəlxalq hüquq pozmaqda» suçlayaraq, bunların Rusiya üçün «ciddi siyasi və iqtisadi təcridlə» nəticələnəcəyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1106

Oxşar yazılar