Putin MDB xüsusi xidmət orqanlarının rəhbərlərini bir araya toplayacaq
28 oktyabr 2015 06:32 (UTC +04:00)

Putin MDB xüsusi xidmət orqanlarının rəhbərlərini bir araya toplayacaq

0

Rusiya prezidenti Vladimir Putin  MDB ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərləri ilə Suriya və Əfqanıstanda təlim keçmiş terrorçularla mübarizə məsələlərini müzakirə edəcək.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.  

 

“Vladimir Putin Moskvada  MDB ölkələrinin təhlükəsizlik  və  xüsusi xidmət orqanlarının rəhbərləri  Şurasının 39-cu iclasında iştirak edən xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin rəhbərlərini qəbul edəcək”, deyə məlumatda bildirilir.  

 

Görüş zamanı MDB ölkələrində antiterror fəaliyyətin əsas aspektləri, həmçinin Suriya və Əfqanıstanda təlim keçmiş terror təşkilatları və qruplara qarşı mübarizə məsələləri müzakirə ediləcək.  

 

MDB xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 39-cu iclasında, əsasən,  nəqliyyat infrastrukturunda terror aktı təhlükəsinə dair məlumatların mübadiləsi məsələsi müzakirə olunacaq. İclasda, həmçinin, terrorla mübarizədə 2017-2019-cu illər üzrə əməkdaşlıq proqramının layihəsi müzakirəyə olunacaq.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar