Putin Krımın "dövlət müstəqilliyini" tanıyan fərmanı imzaldı - <span style="color:red;">YENİLƏNİB
18 mart 2014 10:53 (UTC +04:00)

Putin Krımın "dövlət müstəqilliyini" tanıyan fərmanı imzaldı - YENİLƏNİB

0
Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Krım Respublikasının tanınması haqqında” fərman imzalayıb.

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti xəbər verib.

 

“Krım xalqının ümumkrım 2014-cü il, 16 mart tarixli referendumdakı iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın”, - RF prezidenti Putinin fərmanında belə deyilir.

 

Sənəddə Sevastopol şəhərinin Krım Respublikasında xüsusi statusa malik olması da bildirilir.

 

Vladimir Putin fərmanın imzalanması ilə əlaqədar olaraq, martın 18-i, saat 15:00-da  Dövlət Duması, Federasiya Şurası, RF regionlarının başçıları və vətəndaş cəmiyyəti nümayəndələri qarşısında çıxış edəcək.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2128

Oxşar yazılar