Aprelin 21-də, Rusiya prezidenti Vladimir Putinin Stlain dövründə repressiyaya məruz qalmış Krım xalqlarının reabilitasiyası haqqında fərmanı imzalayıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu fərman tatar, yunan, alman və ermənilərə şamil ediləcək.
Həmin fərmana əsasən, Krımın bəzi bölgələrində sosial-iqtisadi tiklilər bərpa ediləcək.
Xatırladaq ki, aprelin 17-də V.Putin “birbaşa xətdə” Krım türkləri ilə bağlı “tarixə müraciət etmişdi”: “II Yekatrina Krım tatarlarını Rusiyanın tam hüquqlu vətəndaşı qəbul edilməsi haqda əmr vermişdi. Bu, çox müdrik və düzgün siyasət idi. Biz bu gün onu dəstəkləmək niyyətindəyik”.