Rusiya prezidenti Vladimir Putin avqustun 14-də Krıma səfər edəcək.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə prezidentin sözçüsü Dmitri Peskov bildirib.
Mətbuat katibi deyib ki, V. Putin Krımın Yalta və Sevastopol şəhərlərində də görüşlər keçirəcək.
Rusiya prezidentinin Krım parlamentində çıxışı da gözlənilir.