Putin Krım türklərinin lideri ilə telefonla danışıb
12 mart 2014 20:08 (UTC +04:00)

Putin Krım türklərinin lideri ilə telefonla danışıb

0

Rusiya prezidenti Vladimir Putin telefonla Ukrayna parlamentinin deputatı, Krım Tatar Məclisinin keçmiş başçısı Mustafa Cəmiloğlu (Cəmilev) ilə Krımdakı vəziyyəti müzakirə edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, mənbə bildirib ki, danışıq yarım saat sürüb.

 

Telefon danışığı barəsində mediaya açıqlama verən Mustafa Cəmiloğlu deyib: «Putinə dedim ki, ən vacib məsələ bizim ölkənin – Ukraynanın ərazi bütövlüyüdür. Ərazi bütövlüyünün pozulması 1994-cü ildə təminatçı dövlətlər – ABŞ, Britaniya və Rusiyanın Ukrayna ilə imzaladığı razılaşmaya ziddir. 1994-cü ildə nüvə silahından imtina qarşılığında Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə təminat verilib. İndi bu razılaşma pozulsa, belə anlaşmalara daha heç kim inanmayacaq və maliyyə imkanı olan istənilən dövlət, o cümlədən Ukrayna nüvə silahı əldə etməyə çalışacaq».

Krım türklərinin liderinin sözlərinə görə,  Vladimir Putin Ukraynanın ərazi bütövlüyü məsələsinə toxunaraq, «bu ölkənin müstəqilliyini elan etməsi SSRİ-dən çıxmaq prosedurlarına bir o qədər də uyğun» olmadığını deyib.

Bu telefon danışığa Tatarıstan Respublikasının keçmiş prezidenti, dövlət müşaviri Mintimer Şaymiyevin vasitəçiliyi ilə gerçəkləşdirilib.

 

Xatırladaq ki,  Mustafa Cəmiloğlu Krım türklərinin, tatarlarının milli lideri sayılır. 1943-cü ildə anadan olub. 1944-cü il mayın 14-də  ailəsi Krımdan Özbəkistana sürgün olunub. SSRİ zamanında dissident fəaliyyətinə görə üst-üstə 17 il həbsdə yatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1040

Oxşar yazılar