Rusiya prezidenti Vladimir Putin Kütləvi İnformasiya Vasitələrində, kino və ədəbiyyat sahələrində senzuradan kənar ifadələrin işlədilməsinə görə cərimə verilməsi haqda qanunu imzalayıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, qanun layihəsini Stanislav Qovoruxin, Federasiya şurasının üzvü Lyudmila Bokovanın başçılıq etdiyi qrup hazırlayıb.
Bundan sonra adı çəkilən sahələrdə söyüş işlədən hüquqi şəxslər 1200 – 1400 dollar məbləğində cərimələnəcək.
Yeni qanuna əsasən, əgər filmlərdə senzuradan kənar ifadələr işlədilibsə, o zaman senzura həmin kino-lentlərin prokata verilməsini yasaqlaya bilər.
Senzuradan kənar ifadələri müstəqil ekspertlər müəyyənləşdirəcək.
Qanun bu il iyulun 1-dən qüvvəyə minəcək.