Putin iyunun 12-13-də Azərbaycanda olacaq
08 iyun 2015 17:20 (UTC +04:00)

Putin iyunun 12-13-də Azərbaycanda olacaq

0

 

Rusiya prezidenti Vladimir Putin iyunun 12-13-də Azərbaycana səfər edəcək.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, səfərin məqsədi Bakıda keçiriləcək Avropa oyunlarının açılış mərasimində iştirak etməkdir.

 

Məlumatda qeyd olunur ki, V. Putinin Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparması planlaşdırılıb.

 

Rusiya prezidentinin mərasim iştirakçıları ilə də ikitərəfli görüşlərinin keçirilməsinin mümkünlüyü də qeyd olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 203

Oxşar yazılar