Putin Finlandiyanı tənqid etdi
Rusiya prezidenti Vladimir Putin finlandiyalı həmkarı Sauli Niinistonu Rusiya rəsmilərinin Helsinkiyə buraxılmamasına görə tənqid edib.
ANS PRESS-in məlumatına görə, Finlandiya ayın əvvəllərində Dövlət Dumasının sədri Serei Narişkin və 5 digər Rusiya rəsmisini ölkəyə buraxmayıb.
Onlar ATƏT Parlament Assambleyasının Helsinkidə keçirilən illik sesiyasında iştirak etməli idilər. Bu Rusiya rəsmiləri Ukrayna münaqişəsinə görə Avropa Birliyinin sanksiyalar siyahısındadır. Məlumata görə, Putin iyulun 15-də finlandiyalı həmkarı Sauli Niinistonla telefon əlaqəsi saxlayıb və bunu hüquqi baxımdan səhv addım adlandırıb.
Amma Putin Rusiya ilə Finlandiyanın xoş qonşuluq münasibətlərini qoruyub-saxlayacaqlarına əminliyini bildirib.
Ukrayna münaqişəsinə görə Qərblə Rusiya arasındakı münasibətlər kəskin pisləşib.
232