Aprelin 10-da Rusiya prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyi, Cəzaların İcrası Federal Xidməti, Daxili İşlər Nazirliyinin və İstintaq Komitəsinin 14 generalının tutduğu vəzifədən azad edilməsinə dair fərman imzalayıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, generalların işdən çıxarılmasının səbəbi haqda əlavə xəbər yayılmayıb.