Putin: Rusiya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir
07 dekabr 2014 00:20 (UTC +04:00)

Putin: Rusiya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir

0

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna hakimiyyəti ölkənin cənub-şərqinin istənilən şəkildə bloklanmasını istisna edəcək, çünki bu ölkənin ərazi bütövlüyünü sual altına qoyur. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, bu barədə  Rusiya prezidenti fransalı həmkarı Fransua Olland ilə görüşündən sonra bildirib.

 

“Ümid edirəm ki, təsərrüfat həyatı bərpa olunacaq və bu bölgənin hər-hansı blokadası  praktiki həyatdan istisna ediləcək”, deyə Putin bildirib.   

 

“Əks təqdirdə Ukraynanın ərazi bütövlüyünü təsəvvür etmək çətindir, məlumdur ki, Rusiya  Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir”, deyə  Rusiya prezidenti əlavə edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar