Putin, Olland və Merkel Ukraynadakı atəşkəsi müzakirə edib
15 fevral 2015 05:56 (UTC +04:00)

Putin, Olland və Merkel Ukraynadakı atəşkəsi müzakirə edib

0

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Olland və Almaniya kansleri Angela Merkel ilə apardığı telefon danışığı zamanı Donbasda tərəflərin atəşkəs rejiminin şərtlərinə əməl etməsinin zəruriliyini müzakirə ediblər. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.  

 

“Liderlər münaqişə tərəflərinin fevralın 12-də Minskdə əldə olunmuş sazişin bütün müddəalarına tam və şərtsiz əməl etməsinin vacibliyini qeyd ediblər”, deyə məlumatda bildirilib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar