“Son dövrlər Rusiyanın Avropa ölkələri ilə ticarət dövriyyəsinin həcmi 4.3 faiz azalsa da, ABŞ-la ticarətin 7 faiz artıb”. Lent.az-ın məlumatına görə, bunu Rusiyanın prezidenti Valdimir Putin Kremldə Duma üzvləri ilə keçirdiyi toplantıda ölkəsinin iqtisadi vəziyyətini dəyərləndirərkən deyib. O bildirib ki, Rusiya bütün iqtisadi çətinlikləri dəf edəcək gücdədir.
Putin toplantıda Suriyaya yeni səfiri vəzifəsinə Aleksandr Kinşakı təyin etdiyini açıqlayıb və ona uğurlar arzulayıb.
Qeyd edək ki, 52 yaşlı A. Kinşak daha əvvəl Küveytdə Rusiyanı təmsil edib.