Putin: «Rusiya Krımın çağırışına məhəl qoymaya bilməz» - <span style="color:red;">YENİLƏNİB
07 mart 2014 07:00 (UTC +04:00)

Putin: «Rusiya Krımın çağırışına məhəl qoymaya bilməz» - YENİLƏNİB

ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Let.az-ın «BBC»-yə istinadən məlumatına görə, Putin bildirib ki, Krımdan yardımla bağlı Rusiya edilən müraciəti önəm verməyə bilməz və onlara uyğun cavab verəcək.

 

Putin qeyd edib ki, əhəmiyyətinə baxmayaraq, ayrı-ayrı beynəlxalq problemlərlə bağlı fikir ayrılığı olsa da, bu, ABŞ-Rusiya münasibətlərinin vacibliyinə  xələl gətirməməlidir.

 

ABŞ prezidenti Barak Obama öz növbəsində qeyd edib ki, Rusiyanın fəaliyyəti Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozur. O, beynəlxalq ictimaiyyətin dəstəyi ilə Rusiya və Ukrayna arasında birbaşa danışıqların keçirilməsinin vacibliyini vurğulayıb. Obama bildirib ki, Rusiya hərbçiləri öz bazasına qayıtmalı, bütün ukraynalıların, o cümlədən etnik rusların haqqını təmin olunması ilə bağlı beynəlxalq müşahidəçilərin bu yöndə fəaliyyəti təmin edilməlidir.

 

# 2962
avatar

Oxşar yazılar