Rusiya prezidenti Vladimir Putin son zamanlar etdiyi siyasi və tarixi çıxışları ilə təəssüflər doğurur.
Lent.az-ın “unian.net”-ə istinadən məlumatına görə, mayın 16-da o, Soçidə Krım türklərinin (tatarlarının) təmsilçiləri ilə görüşüb. Mənbənin məlumatına əsasən, Kremlin indiki yiyəsi deyib ki, “Krım tatarlarından” çox “rus xalqı” Stalin repressiyasından “əziyyət çəkib”.
“Repressiyadan təkcə Krım tatarları əziyyət çəkməyib. Ən çox əziyyət çəkən sözsüz rus xalqıdır. Hələ 20-30-cu illərdə kazaklar, din xadimlərinin repressiyası başladı. Sonra növbə “kulaklara” keçdi. Bunun ardınca o vaxtkı siyasi rejim bütün rəqiblərini sıradan çıxartdı”-deyə, Putini bildirib.