Mayın 8-də Rusiya prezidenti erməni həmkarı Serj Sarkisyanı qəbul edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, V.Putin bildirib ki, Rusiya üçün Ermənistan aparıcı iqtisadi - ticari tərəfdarlarından biri olaraq, qalmaqdadır.
Məlumata əsasən, ötən ilin uyğun dövrü ilə müqayisədə bu istiqamətdə əlaqə təxminən 11 faiz artıb.
Rusiya liderinin daha sonra deyib: “Ermənistana səfərimdən sonra əldə edilmiş razılaşmalarla bağlı çoxlu işlər görülüb. Mən şadam ki, sizinlə saatımızı yoxlayıb, görəcəyimiz birgə başqa işlərin tezləşdirməsinin sürətləndirilməsini nəzərdən keçiririk”.
Mənbə bildirib ki, Ermənistan iqtisadiyyatına sərmayə qoyan xarici dövlətlər sırasında Rusiya birinci yerdədir.