Rusiya prezidenti Vladimir Putin hesab edir ki, İnternet ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) layihəsi kimi yaradılıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, Sankt-Peretburqda keçirdiyi mediforumda deyib: “Bütün bunlar (İnternet-“BBC”) ABŞ MKİ-nin xüsusi layihəsi kimi yaranıb. O, inkişaf etdirilməkdədir ”.
Putinin sözlərinə əsasən, Rusiya informasiyaların qorunması üçün nəhəng İnternet-resurs hazırlamalıdır. O, bütün informasiyaların ABŞ-dan keçərək yayıldığını bildirib.
Bir müddət öncə Putin qeyd etmişdi ki, əvvəllər Rusiya şirkətlərinin bu sahəyə sərmayə qoymaq imkanı yox idi, ancaq indi bu şərait yaranıb.