Putin: “Ankaradakı partlayış açıq-aydın təxribatdır”
11 oktyabr 2015 04:09 (UTC +04:00)

Putin: “Ankaradakı partlayış açıq-aydın təxribatdır”

0

Rusiya prezidenti Vladimir Putin Türkiyədəki terror aktının vəziyyətin gərginləşdirilməsinə yönəldilmiş cəhd olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Putin “Rossiya 1” telekanalında çıxışı zamanı Türkiyə xalqına başsağlığında bildirib.  

 

 

“Şərlə mübarizədə səyləri birləşdirmək laxımdır. Türkiyədə baş verən hadisə, sözsüz ki, həyasız terror həmləsi, terror cinayətidir və, əlbəttə ki, bizim üçün qonşu və dost olan ölkədə vəziyyətin gərginləşdirilməsinə yönəldilmiş bir cəhddir. Üstəlik, bu seçki kampaniyası zamanı törədilib. Əlbəttə ki, bu açıq-aydın təxribatdır”, deyə Putin qeyd edib.      

 

Oktyabrın 10-da Ankarada törədilmiş partlayışda ölənlərin sayı 95 nəfərə çatıb.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, terror nəticəsində yaralananlardan 48 nəfəri ağır olmaqla 246 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur. Ölənlərdən 52 nəfərin şəxsiyyəti müəyyənləşib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar