Ukraynanın dördüncü prezidenti Viktor Yanukoviçinin və ailəsinin ölkə ərazisindəki bütün əmlakına həbs qoyulub.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu haqda ölkə baş prokurorunun səlahiyyətini icra edən Oleq Maxnistki açıqlama verib.
Onun sözlərinə əsasən, Yanukoviçin başqa dövlətlərdəki əmlakı da həbs edilib. Prokuror böyük məbləğlərdən söz getdiyini vurğulayıb.
O, Maxnitski əlavə edib ki, Ukraynanın başqa keçmiş məmurlarının xaricdəki əmlakı axtarılır.
Mənbə xatırladıb ki, bir müddət öncə ölkənin Baş Prokurorluğu Rusiyaya 32 milyard dollar nağd pulun aparıldığı haqda açıqlama vermişdi. Məlumata əsasən, bu məbləği qonşu dövlət qaçan məmurlar aparıb.
İsveçrə hakimiyyəti Viktor Yanukoviç ailəsinə məxsus hesabda 170 milyon franka (193 milyon dollar) həbs qoyduğunu bildirib.