Prezidentliyə namizəd “ilahi qüvvənin” göstərişi ilə seçkidən çəkilib
20 aprel 2014 06:45 (UTC +04:00)

Prezidentliyə namizəd “ilahi qüvvənin” göstərişi ilə seçkidən çəkilib

Misirin ictimai xadimi, hüquqçu Murtad Mənsur prezidentliyə namizədliyini geri götürüb.

 

Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda xəbəri “əl-Ərbiyyə” yayıb.

 

Aprelin 19-da mətbuat konfransında o, bildirib ki, ali qüvvələr ona siqnal göndərərək, öz namizədliyini Misirin keçmiş müdafiə naziri, feldmarşal Əbdül Fəttah əs-Sisinin xeyrinə geri götürməyi tapşırıblar.

 

Mənsur deyib ki, yuxuda hərbi geyimdə iki nəfəri görüb və onlardan biri Misirin yeni prezidenti general əs–Sisidir. “Həmin kişilər mənə dedi ki, biz yeni Misirə gedirik” -deyə, əlavə edib. O, bu yuxudan sonra namizədliyini geri götürdüyünü bildirib.

 

Xatırladaq ki, bu il mayın 26 -27-də Misirdə prezident seçkisi keçiriləcək. Bu siyasi kampaniyanın favoriti əs-Sisi sayılır. 

# 1032
avatar

Oxşar yazılar