Prezidentlər arasında telefon danışığı oldu
14 yanvar 2016 00:27 (UTC +04:00)

Prezidentlər arasında telefon danışığı oldu

0

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

 

“Yanvarın 13-də ABŞ tərəfinin təşəbbüsü ilə Vladimir Putin və Barak Obama arasında telefon danışığı olub. Prezidentlər Ukrayna və Suriyadakı böhranın həlli yollarını ətraflı müzakirə ediblər, Koreya yarımadasındakı vəziyyətə toxunublar”, məlumatda deyilir.

 

Tərəflər Ukraynanın şərqindəki münaqişə ilə bağlı əlaqələrin daha da artırılmasının vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar