Prezidentin həyat yoldaşı seriala çəkilib
20 aprel 2014 14:34 (UTC +04:00)

Prezidentin həyat yoldaşı seriala çəkilib

ABŞ-ın birinci xanımı Mişel Obama ABC telekanalında yayımlanan "Nashville" serialının növbəti bölümündə çəkilib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, xanım Obama serialın baş qəhrəmanı, kantri-müğənni Reyn Ceymsin (Konni Britton) təşkil etdiyi xeyriyyə gecəsində qonaq qismində iştirak edəcək. 

Televiziya tənqidçiləri Mişel Obamanın seriala çəkilməsini musiqili-dramatik serialın reytinqinin aşağı olması ilə əlaqələndirirlər. Onlar iddia edirlər ki, serial rəhbərliyi tamaşaçını cəlb etmək üçün bu fənddən yararlanıb. Amerikanın birinci xanımının iştirak etdiyi bölüm mayın 7-də yayımlanacaq. 

Bu, Mişel Obamanın ilk serial təcrübəsi deyil. O, aprelin 24-də yayımlanacaq "Park və istirahət ərazisi" serialında da epizodik rolda çəkilib. Bu serialın 24 aprel buraxılışı böyük həyəcanla gözlənilir. Çünki amerikalılar Mişel Obamanın ilk aktrisalıq məharətini məhz "Park və istirahət ərazisi" serialında görəcəklər. ABŞ-ın birinci xanımı serialın sonuncu buraxılışında İndiana ştatının park və istirahət ərazilərindən danışacaq.

Mişel Obama “Park və istirahət ərazisi” serialında rol almış ilk Ağ Ev nümayəndəsi deyil. İki il bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden bu filmə çəkilib. Serialda Baydendən əlavə 3 senator və prezident postuna namizəd Con Makkeyin də çəkilib. Kinonun rejissoru keçmiş dövlət katibi Hillari Klinton üçün də rol hazırladığını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2468
avatar

Oxşar yazılar