Prezidenti təhqir etdi, əri boşamaq istədi
23 fevral 2016 11:51 (UTC +04:00)

Prezidenti təhqir etdi, əri boşamaq istədi

 

 

İzmirdə ər arvadını məhkəməyə verib.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, səbəb isə arvadın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi olub.

 

İzmirin Torbalı mahalında yaşayan 40 yaşlı Alinin iddiasına görə, prezident Ərdoğan televizor ekranında görünən kimi 37 yaşlı xanımı onu təhqir etməyə, qarğışlar dilə gətirməyə başlayıb.

 

Həyat yoldaşının səsini lentə alan kişi xanımından polisə şikayət edib və deyib ki, ”Atam da təhqir etsə, onu da şikayət edərəm”.

 

Xanımı G.D isə boşanmaq istəyən ərinin iddialarının əsassız olduğunu deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar